Millinin oyunu fransalı hakimlərə tapşırıldı

Millinin oyunu fransalı hakimlərə tapşırıldı
  08 Noyabr 2016    Oxunub:1498
Noyabrın 11-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununu idarə edəcək hakimlərin adları müəyyənləşib.
AzVision.az xəbər verir ki, Belfast şəhərinin "Vindzor Park” stadionunda keçiriləcək qarşılaşmanı fransalı hakimlər idarə edəcək.

Baş hakimi Klement Turpinə həmyerliləri Nikolas Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim isə Frank Şneyderdir.

Qeyd edək ki, noyabrın 11-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti