`Kəpəz` və `İnter` cərimələndi

`Kəpəz` və `İnter` cərimələndi
  01 Noyabr 2016    Oxunub:1789
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İclasda Premyer Liqanın X turunun oyunları ilə bağlı bir sıra qərralar qəbul olunub.

Oktyabrın 30-da Premyer Liqanın X turunun “Zirə” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Bundan başqa, “İnter” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olub və oyunda fasilə yaranmasına səbəb olub.

“İnter” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti