Azərbaycanda pulla oyun alanlara cəza - 6 ilədək həbs
Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən maddə 192-2 (İdman yarışlarının manipluiyasiyası) maddəsinə əsasən, idman yarışlarının manipuliyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi, 3 000 manatdan 5 000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
İdman yarışlarının manipuliyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın, güzəştin istənilməsi, yaxud alınması, bu barədə təklifin və ya vədin qəbul edilməsi ilə bağlı 3 000 manatdan 5 000 manata qədər cərimə, 3 ilə qədər müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
AzVision.az