`Qarabağ` `Sumqayıt`ı 3 qolla uddu

`Qarabağ` `Sumqayıt`ı 3 qolla uddu
  16 Oktyabr 2016    Oxunub:1282
Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrənin növbəti görüşü keçirilib.
Çempionatın VIII turunda “Qarabağ” klubu “Sumqayıt”la qarşılaşıb. Ağdam klubu rəqibin qapısından üç cavabsız top keçirərək liderlərin xal itkisindən maksimum yararlanıb.

“Qarabağ” bu qələbə sayəsində xallarını 16-ya yüksəldib və hazırda “İnter”lə ikinci-üçüncü yerləri bölüşdürür. Turnir cədvəlinə hesabında 20 xal olan “Qəbələ” komandası başçılıq edir.

AzVision.az


Teqlər:





Xəbər lenti