FİFA Azərbaycana pul ayıracaq

FİFA Azərbaycana pul ayıracaq
  14 Oktyabr 2016    Oxunub:2182
FİFA qarşıdakı 10 il il ərzində 211 ölkənin assosasiyalarına 4 milyard dollar yardım edəcək.
AzVision.az xəbər verir ki, ötən gün bu barədə Ali qurumun rəsmləri Sürixdə keçirilən yığıncaqda qərar veriblər. 10 illik proqram çərçivəsində beynəlxalq qurum futbolun inkişafıyla bağlı layihələr həyata keçirəcək.

Ali futbol qurumu qadın futbolunun inkişafı üçün də müəyyən vəsait nəzərdə tutub. FİFA xanım futbolçuların iştirakı ilə çempionatların təşkiliylə bağlı federasiyalara 315 milyon dollar ayıracaq.

FİFA-nın prezidenti Canni İnfantino bildirib ki, futbolun kütləviliyini dünya əhalisi üzrə 45 faizdən 60 faizə qaldırmaq istəyirlər. Qeyd edək ki, ali futbol qurumu AFFA-ya da vəsait ayıracaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti