`Bakıdakı görüş qrupun top-oyunu olacaq` - Yoahim Löv

`Bakıdakı görüş qrupun top-oyunu olacaq` - Yoahim Löv
  12 Oktyabr 2016    Oxunub:8342
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanla eyni - C qrupunda çıxış edən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yerli jurnalistlərə qarşıdakı oyunlarla bağlı fikirlərini bildirib.
56 yaşlı mütəxəssis bildirib ki, seçmə mərhələdə start götürəndə futbolçularımızın hədəfi qrupu birinci pillədə başa vurmaq idi:

"Məqsədimiz bəllidi və buna nail olmaq üçün sona qədər mübarizəmizi davam etdirəcək, bir an olsun arxayınlaşmayacağıq. Bunun üçün də stabilliyi qorumaq vacibdi. Üzərimizdə daim işləyir, inkişaf etməyə çalışırıq. Hazırda Azərbaycan yığması turnir cədvəlində bizim ən yaxın izləyicimizdi. Gələn ilin mart ayında da onlarla qarşılaşacağıq. Əminliklə deyə bilərəm ki, Bakıdakı görüş qrupun top-oyunu olacaq".

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı V tur çərçivəsində martın 26-da keçiriləcək.

AzVision.az




Teqlər:  





Xəbər lenti