Cavid Qurbanov nazirin yerinə keçdi

Cavid Qurbanov nazirin yerinə keçdi
  12 Oktyabr 2016    Oxunub:4684
Azərbaycan Voleybol Federasiyasına yeni prezident təyin olunub.
Bu haqda AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

O qeyd edib ki, bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin təyin olunmasi ilə bağlı iclas keçirilib və "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti"nin sədri Cavid Qurbanov federasiya rəhbəri seçilib.

İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak edib.

Xatırladaq ki, Federasiyanın bundan əvvəlki prezidenti nəqliyyat naziri Ziya Məmmədov olub.

Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti