Azərbaycan Norveçə qalib gəldi - Video (Yenilənib)

Azərbaycan Norveçə qalib gəldi - Video (Yenilənib)
  09 Oktyabr 2016    Oxunub:21082
Azərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsində ikinci oyununa çıxıb.
AzVision.az xəbər verir ki, millimizin ev oyununda rəqibi Norveç yığmasıdır.

İlk görüşdə səfər matçında San Marinonu məğlub edən millimiz ikinci qələbəsini qazanmaqla qrupda vəziyyəti bir qədər yaxşılaşdıra bilər.

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

***

Matçın 11-ci dəqiqəsində Maksim Medvedyevin vurduğu qolla millimiz hesabda önə keçib.

***

İlk hissə komandamızın üstünlüyü ilə başa çatıb.

***

Oyunun ikinci hissəsində əlavə qol vurulmayıb. Qarşılaşma Azərbaycan yığmasının Norveç üzərində 1:0 hesablı qələbəsi ilə başa çatıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti