Millimizin oyununa haradan baxmaq olar?

Millimizin oyununa haradan baxmaq olar?
  08 Oktyabr 2016    Oxunub:1940
Bu gün Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində ikinci oyununa çıxacaq.
Millimizin ev oyununda rəqibi Norveç yığması olacaq. İlk görüşdə səfər matçında San Marinonu məğlub edən millimiz ikinci qələbəsini qazanmaqla qrupda vəziyyəti bir qədər yaxşılaşdıra bilər.

Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma tək ölkəmizdə yayımlanmayacaq. Millimizin seçmə mərhələdəki görüşü “İctimai” kanaldan (İTV) canlı yayımla tamaşaçılara nümayiş etdirəcək. İTV ilə yanaşı, millimizin oyununu Rusiyanın “Matç! Futbol 2” kanalı da yayımlayacaq.

Qeyd edək ki, Azərbaycan-Norveç qarşılaşması oktyabrın 8-i saat 20:00-da başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti