Millimizin baş məşqçisi pedofiliyada ittiham edilir
Həmin qızlarından birinin polisə müraciətindən sonra bu barədə istintaq başlayıb. Zərərçəkən qızlardan biri Zayzenbaxerin ona qarşı 3 il ərzində seksual hərəkətlər etdiyini deyib.
Zayzenbaxerin vəkili hadisəyə münasibət bildirib: "İrəli sürülən ittihamlarla bağlı Zayzenbaxer açıqlama verməyəcək. O, medianın gündəmində olmaq istəmir".
Qeyd edək ki, cüdo üzrə ikiqat olimpiya çempionu 2012-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib. 2015-ci ildə yenidən bu posta qayıdıb.
İlkin Nəcəfzadə
AzVision.az