Şarapovanın cəzası azaldıldı

Şarapovanın cəzası azaldıldı
  05 Oktyabr 2016    Oxunub:1526
Rusiyalı tanınmış tennisçi Mariya Şarapovanın cəza müddəti 15 ayadək azaldılıb.
Bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb.

Qərara əsasən 29 yaşlı idmançı 26 aprel 2017-ci ildən tennisə qayıda bilər.

Qeyd edək ki, dopinq testdən nəticəsi müsbət çıxan M.Şarapova 2 illik tennisdən uzaqlaşdırılmışdı.

Xatırladaq ki,məşhur tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb. Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatı (BMT) qurumun xoşməramlı səfiri olan Mariya Şarapova ilə əməkdaşlığa son verib.

AzVision.az


Teqlər:





Xəbər lenti