Kamran Ağayev penalti qaytardı, komandası uddu -Video

Kamran Ağayev penalti qaytardı, komandası uddu -Video
  03 Oktyabr 2016    Oxunub:4046
Milli komandamızın qapıçısı Kamran Ağayev "Boavişta"nın heyətində növbəti oyununa çıxıb.
AzVision.az xəbər verir ki, millimizin qolkiperi Portuqaliya çempionatında VII tur matçında "Moreyrense" ilə ev oyununda forma geyinib.

Ağayev "Boavişta"da ikinci rəsmi matçında uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, oyunun 26-cı dəqiqəsində qonaqların futbolçusu Robertunun vurduğu penaltini azərbaycanlı qapıçı dəf edib. Bundan 4 dəqiqə sonra Ağayevin çıxış etdiyi komanda hesabı açıb və ikinci hissədə daha bir qol vuraraq 2:0 hesabı ilə qalib gəlib. Bu, Ağayevin "Boavişta"da ilk qələbəsi olub.

Qeyd edək ki, hazırda "Boavişta" 8 xalla 13-cü pillədə qərarlaşıb.



Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti