`Neftçi` qələbə qazandı

`Neftçi` qələbə qazandı
  02 Oktyabr 2016    Oxunub:1690
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Günün son matçında “Neftçi” “Kəpəz”i qəbul edib. “Əlincə Arena”da keçirilən qarşılaşma paytaxt klubunun qələbəsi ilə başa çatıb.

Oyunun 14-cü dəqiqəsində Denilson Pereyra gəncəlilərin qapısından ilk topu keçirib. Katalin Tira isə oyunun sonuna əlavə olunmuş vaxtda hesab arasındakı fərqi artırıb - 2:0.

Beləliklə, “Neftçi” cari mövsümdə ikinci qələbəsini qazanaraq 6 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti