UEFA prezidenti Bakıdadır

UEFA prezidenti Bakıdadır
  29 Sentyabr 2016    Oxunub:2046
AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin “Avro-2020”nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün sentyabrın 29-da paytaxtımıza gəlib.
AzVision.az xəbər verir ki, A.Çeferin Avropa Liqasının “C” qrupunda “Bakcell Arena”da keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununu izləyəcək.

Xatırladaq ki, loqonun təqdimat mərasimi sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti