`Qarabağ` və `Qəbələ` çətin sınaq qarşısında

`Qarabağ` və `Qəbələ` çətin sınaq qarşısında
  29 Sentyabr 2016    Oxunub:1377
Bu gün AvroLiqanın qrup mərhələsində mübarizə aparan “Qarabağ” və “Qəbələ” klubları növbəti görüşlərini keçirəcəklər.
AzVision.az xəbər verir ki, J qrupunda yer alan “Qarabağ” İtaliya təmsilçisi “Fiorentina”nın qonağı olacaq. Oyunun favoriti “Fiorentina” olsa da, “Qarabağ” bu səfər oyunundan ən azı heç-heçə ilə ayrılmağı düşünür.

Digər təmsilçimiz “Qəbələ” klubu Bakıda Almaniyanın “Mayns” klubunu qəbul edəcək.

Xatırladaq ki, “Qarabağ” qrup mərhələsinin ilk oyununu Çexiyanın “Slovan” klubuna qarşı Bakıda keçirmişdi. Həmin oyun 2-2 hesabı ilə yekunlaşmışdı. “Qəbələ” isə qrup mərhələsinin ilk oyununda Belçikada “Anderlext”lə görüşdə 1:3 hesabı ilə məğlub olmuşdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti