Azərbaycanlı hakim `Roma`nın oyununu idarə edəcək

Azərbaycanlı hakim `Roma`nın oyununu idarə edəcək
  26 Sentyabr 2016    Oxunub:4982
Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində "Roma" - "Astra" matçının baş hakimi olacaq.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 29-da "Olimpiko" stadionunda keçiriləcək görüşdə ona həmyerlilərimiz Zeynal Zeynalovla Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakim funksiyasını Rəhim Həsənovla Orxan Məmmədov yerinə yetirəcək. Mübariz Haşımov ehtiyat hakim olacaq.

Bu oyunda hakimlərin işinə hollandiyalı Rene Temmink qiymət verəcək. UEFA nümayəndəsi İsraildən olan Rotem Kamerdir.

"Roma" E qrupunda 1 xalla "Viktoriya Plzen"lə 2-3-cü yerləri bölüşür. "Astra"nın hələ ki xalı yoxdur. Qrupa 3 xal toplamış "Austriya" başçılıq edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti