Futzalçılarımız mübarizəni dayandırdı
Maraqlı mübarizə şəraitində keçən oyunda millimiz məğlub olub. Belə ki, 2:3 hesabı ilə uduzan Azərbaycan yığması debüt etdiyi dünya çempionatının final mərhələsində mübarizəni 1/4 finalda dayandırıb.
Qeyd edək ki, millimiz bu oyuna 3 ciddi itki ilə çıxmışdı. Qapıçı Rövşən Hüseynli, eləcə də braziliyalı legionerlər Vassura və Fineo sarı vərəqə ilə cəzalandırıldıqlarından oynamayıblar.
AzVision.az