Qol vuran qapıçımız növbəti oyunu buraxacaq

Qol vuran qapıçımız növbəti oyunu buraxacaq
  23 Sentyabr 2016    Oxunub:2893
Kolumbiyada keçirilən Futzal üzrə dünya çempionatında iştirak edən milli komandamızın qapıçısı Rövşən Hüseynli yenidən liderliyə yüksəlib.
AzVision.az xəbər verir ki, 1/8 finalda Tailanda 13:8 hesabı ilə qalib gəldiyimiz oyunda seyvlərinin sayını 64-ə çatdıran R.Hüseynli birinci pilləni ələ keçirib.

Mozambik millisinin qapıçısı Nelson 57 seyvlə ikinci, vyetnamlı Dinh Thuan isə 3-cüdür. Həmçinin millimizin qapıçısı oyunda sonuncu qolun müəllifi olub.

Milli komandamızın qapıçısı 1/4 finalda Portuqaliyaya qarşı keçiriəcək oyunda komandaya kömək edə bilmiyəcək. Belə ki, son oyunda sarı vərəqə ilə cəzalanan Hüseynli bu görüşü buraxmalı olacaq. Bu isə millimiz üçün ciddi itkidir.

Qeyd edək ki, Portuqaliya ilə oyunda daha iki oyunçu-braziliyalı legionerlər Fineo və Vassurada Portuqaliya ilə oyuna çıxa bilməyəcək. Onlarda Tailand üzərində qələbə qazandıqları 1/8 final görüşündə növbəti sarı vərəqə alaraq, cəzalı duruma düşüblər.

Azərbaycan - Portuqaliya matçı sentyabrın 25-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Kali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində keçiriləcək.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti