Kamran Ağayev Kasilyasa qarşı

Kamran Ağayev Kasilyasa qarşı
  23 Sentyabr 2016    Oxunub:5076
Millimizin qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında ilk oyununa çıxa bilər.
AzVision.az xəbər verir ki, bu gün K.Ağayevin yeni transfer olduğu “Boavişta” klubu İspaniyanın əfsanəvi qapıçı İker Kasilyasın şərəfini qoruduğu “Portu”nun qonağı olacaq. K.Ağayevin bu görüşdə meydana çıxacağı bildirilir. Belə ki, “Boavişta”nın ilk 11-liyində həmyerlimizin adın göstərilib.

Həmçinin “Boavişta”nın əsas qapıçısı olan Mika “Sanderlend”ə transfer edildiyindən K.Ağayevin əsas heyətdə çıxış etmək şansı yüksəkdir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. 5 turdan sonra “Portu” 10 xalla 3-cü, “Boavişta” isə 5 xalla 12-ci yeri tutur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti