Futzalçılarımız dünya çempionatının 1/4 finalında

Futzalçılarımız dünya çempionatının 1/4 finalında
  23 Sentyabr 2016    Oxunub:1423
Futzal üzrə Azərbaycan yığması Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final oyununa çıxıb.
AzVision.az xəbər verir ki, futzal yığmamız Tailand yığması ilə qarşılaşıb.

Rəqibini 13:8 hesabı ilə məğlub edən komandamız qrup ikincisi kimi 1/4 finala yüksəlib.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Mərakeşə qalib (5:0) gəlib, İspaniyaya uduzub (2:4) və son oyunda İranla heç-heçə ( 3:3) edərək 1/8 finala yüksəlib.

Qeyd edək ki, millimiz 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq. Sentyabr 26-da keçiriləcək görüş Bakı vaxtı ilə gecə saat 03:00-da başlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti