`Qəbələ` liderliyə yüksəldi

`Qəbələ` liderliyə yüksəldi
  23 Sentyabr 2016    Oxunub:1700
Bu gün Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış bir oyun keçirilib.
“Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Matç Roman Qriqorçukun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Baqali Dabo dubla imza atıb (85 və 90-cı dəqiqə).

Bu nəticədən sonra, “Qəbələ” xallarının sayını 13-ə çatdıraraq birinci pilləyə yüksəlib. “Qarabağ” 12 xalla ikinci, “İnter” isə 11 xalla üçüncü yerdə qərarlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti