`Qarabağ` liderliyini möhkəmləndirdi

`Qarabağ` liderliyini möhkəmləndirdi
  20 Sentyabr 2016    Oxunub:1389
Futbol üzrə Topaz Premyer Liqasının beşinci turuna yekun vurulub. Turun sonuncu oyununda Ağdam təmsilçisi “Qarabağ” paytaxtın “Zirə” klubu ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, “Əlincə Arena”da keçirilən matç “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beş turdan sonra çempionata hesabında 12 xal olan “Qarabağ” başçılıq edir. İkinci sırada 11 xalla “İnter” komandası qərarlaşıb. Bir oyun az keçirən “Qəbələ” 10 xalla üçüncüdür. Aktivlərində 6 xal olan “Kəpəz” dördüncü, “Zirə” isə beşincidir.

AzVision.az



Teqlər:





Xəbər lenti