Qurban Qurbanov 50 min dollar maaş alır? - Açıqlama

Qurban Qurbanov 50 min dollar maaş alır? - Açıqlama
  19 Sentyabr 2016    Oxunub:32119
“Qarabağ” futbol klubu baş məşqçi Qurban Qurbanovun aylıq 50 min dollar maaş alması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov AzVision.az-a bildirib ki, Qurban Qurbanov aylıq 50 min dollar maaş almır, rəqəmlər şişirdilib.

“Göstərilən rəqəm həqiqəti əks etdirmir. Baş məşqçinin maaşı ən azı iki dəfə şişirdilib”,-deyə N.İbrahimov açıqlamasında bildirib.

Mətbuat katibi baş məşqçinin nə qədər maaş aldığını açıqlamayıb.

Qeyd edək ki, yerli KİV-də Azərbaycan klublarında çalışan baş məşqçilərin aldığı maaşla bağlı rəqəmlər açıqlanıb. İddia edilib ki, ən çox maaşı “Qarabağ” klubunun məşqçisi Qurban Qurbanov alır – 50 min ABŞ dolları.

Yayılan məlumatda baş məşqçilərin maaşı aşağıdakı kimi göstərilib:

1 - Qurban Qurbanov – 50.000 dollar (aylıq), illik 600 min dollar
2 - Roman Qriqorçuk – 400.000 dollar (illik)
3 - Vəli Qasımov ("Neftçi"nin keçmiş baş məşqçisi) – 10.000 manat (aylıq)
4 - Şahin Diniyev ("Kəpəz") – 8.000 manat
5 - Zaur Svanadze ("İnter") – 5.000 dollar
6 - Adil Şükürov ("Zirə") – 4.000 manat
7 - Samir Abbasov ("Sumqayıt") – 3.500 manat
8 - Tərlan Əhmədov ("AZAL") – 2.000 manat

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti