Klub prezidenti qol buraxan qapıçını döydü - Video

Klub prezidenti qol buraxan qapıçını döydü - Video
  19 Sentyabr 2016    Oxunub:6553
Futbol üzrə Yunanıstan Super Liqasında qeyri-adi hadisə baş verib.
AzVision.az xəbər verir ki, “AEL” qapıçısı Matias Deqra kobud səhvindən sonra klubun prezidenti tərəfindən döyülüb və klubdan qovulub.

Məlumata əsasən “İraklis”lə oyunda 2:1 hesabı ilə öndə olduğu vaxt Deqranın səhvinə görə “AEL” qələbəni əldən verib. Oyundan sonra futbolçular soyunub-geyinmə otağına gedən vaxt klub prezidenti 33 yaşlı argentinalı qapıçıya öz iradını bildirib. Bundan sonra prezident futbolçunun boğazından tutub və ona sillə vurub.

“AEL” klubunun yaydığı məlumata görə, Matias Deqra qəsdən top buraxıb və ona görə klubdan qovulub. Futbolçu baş verənlərə görə Şokda olduğunu bildirib: “Prezident mənə yaxınlaşanda onun mənə təsəlli verəcəyini düşünürdüm, lakin o başqa cür etdi”.

Qeyd edək ki, Matias Deqra 2015-ci ilin iyun ayından 2AEL”də çıxış edir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti