Ermənistan ordusunda növbəti itki

Ermənistan ordusunda növbəti itki
  15 Aprel 2016    Oxunub:3201
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində erməni ordusunun daha bir əsgəri məhv edilib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Xocavənd istiqamətində baş verən atışma zamanı Armen Qriqoryan adlı erməni hərbçi ölüb.

Hazırda faktla bağlı Ermənistanın Müdafiə Nazirliyində araşdırma aparılır.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyini ötən gecə yaydığı məlumatda daha bir əsgər Hamlet Hacoyanın da atışma nəticəsində öldüyünü açıqlamışdı.

Edar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti