“Məktəblərdə pul yığan olsa, mənə xəbər verin” – Nazir
M.Cabbarovun sözlərinə görə, bəzi hallarda yoxlanmamış informasiyalar sosial şəbəkələrdə tirajlanır: “Bu cür hallarla bağlı məlumatlar Təhsil Nazirliyində və hüquq-mühafizə orqanlarında ciddi araşdırılır”.
Nazir qeyri-rəsmi pul yığılması ilə bağlı məlumatları mediadan izlədiyini söyləyib: “Nazirliyin 146 saylı “Qaynar xətt”inə təəssüf ki, heç bir müraciət daxil olmayıb. Amma mediada Xaçmaz rayonun kəndlərindən birində belə bir halın olması iddia edilirdi. Bu faktla bağlı rayon təhsil şöbəsinin müdiri nazirliyin Daxili nəzarət şöbəsinə dəvət olunub və müvafiq araşdırmalar həyata keçirilib. Burada ən böyük məsələ belə halların olmasında vətəndaşlar gizlənməməli və özlərinin üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməlidir”. (Virtualaz.org)