Revanşist erməni yük maşını ilə piket keçirdi - VİDEO

Revanşist erməni yük maşını ilə piket keçirdi    - VİDEO
  26 Aprel 2024    Oxunub:496
Xəbər verdiyimiz kimi Ermənistanda etiraz aksiyaları keçirilir.
Bu gün İrəvanda Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasına qarşı çıxan bir vətəndaş təkbaşına maraqlı aksiya keçirib. Radikal erməni Tavuş sakinlərinə dəstək üçün yük maşınını yolun ortasında saxlayaraq tıxac yaradıb. Naməlum şəxsin piketi Azatutyan prospektində hərəkəti birtərəfli qaydada iflic edib. Qeyd edilir ki, hadisə yerinə polislər gəliblər və hazırda nəqliyyatın hərəkətini bərpa etməyə çalışırlar.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti