"Xırdalan" mövsümün son oyununda qalib gəlib

"Xırdalan" mövsümün son oyununda qalib gəlib
  25 Aprel 2024    Oxunub:993
Basketbol üzrə Azərbaycan çempionatında XVIII turun növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, günün yeganə oyununda "Xırdalan" və "Cəlilabad" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gəlib.

Qarşılaşma birincilərin 90:84 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Xırdalan" müntəzəm mövsümdəki son oyununda qalib gəlib.

Turun açılış matçında ötən gün "Sabah" "Xəzri"yə 77:65 hesabı ilə qalib gələrək müntəzəm mövsümü çempion kimi başa vurub.

Turun digər görüşləri 26, 27 və 28 apreldə baş tutacaq.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti