Muxtar Babayev Annalena Berbokla görüşüb

   Muxtar Babayev Annalena Berbokla görüşüb
  25 Aprel 2024    Oxunub:753
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə COP29-un "X" hesabından bildirilib.

"COP29 komandası 15-ci Petersberq İqlim Dialoqunun birgə təşkilatçısı kimi əməkdaşlığa görə Berbok və onun həmkarlarına təşəkkürünü bildirmək istəyir. Bu dialoq Bakıda keçiriləcək COP29-a gedən yolda mühüm addımdır", - məlumatda vurğulanır.

AzVision.az


Teqlər: Azərbaycan   Almaniya   COP29  





Xəbər lenti