Ruslar ələ keçirdikləri Qərb texnikalarını sərgiləyəcəklər - VİDEO

Ruslar ələ keçirdikləri Qərb texnikalarını sərgiləyəcəklər    - VİDEO
  24 Aprel 2024    Oxunub:1218
Moskvada Ukrayna ərazilərində aparılan döyüşlər zamanı ələ keçirilmiş silahların sərgisi açılacaq.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, sərgi mayın 1-də Poklonnayada təşkil olunacaq və bir ay davam edəcək.

Məlumata görə, sərgiyə gələnlər Qələbə Muzeyinin qarşısındakı meydanda ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələrin istehsalı olan 30-dan çox hərbi texnikalara baxa biləcəklər.

Xüsusilə, bunlar Almaniyanın məşhur “Leopard” tankı “Marder” piyada döyüş maşını, Amerikanın “Bradley” və İsveçin CV90 piyada döyüş maşınları olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti