“Avtovağzal” stansiyasının liftini qırdılar
QSC rəsmisinin sözlərinə görə, metrostansiyasının açılışından iki gün sonra liftə sərnişinlər tərəfindən ziyan vurulub.
“Sərnişinlər liftin giriş qapısına güc tətbiq edərək mexanizmi sındırıblar. Artıq lift təmir olunub”.
Nəsimi Paşayevin sözlərinə görə, liftə ziyan vuran şəxsin kimliyi araşdırılır.
Qeyd edək ki, aprelin 19-da Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılışı olub. “Avtovağzal” stansiyasının 8 giriş-çıxışı var. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki imkanları məhdud insanlar üçün lift də quraşdırılıb.
Gültəkin Ələsgər
AzVision.az