Vizaların ləğvi ilə bağlı saziş imzalanıb

Vizaların ləğvi ilə bağlı saziş imzalanıb
  18 Avqust 2017    Oxunub:1573
Azərbaycanla Boliviya arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalanıb.
AzVision.az-ın məlumatına görə, sazişə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Bakıda səfərdə olan Boliviya xarici işlər naziri Fernando Uanakuni Mamani imza atıb.



İmzalanma mərasimindən əvvəl nazirlər təkbətək formatda və geniş tərkibdə görüş keçirib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq arenada ölkələrin müxtəlif məsələlər üzrə mövqelərinin sinxronlaşdırılması, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər: Boliviya   Azərbaycan   viza  





Xəbər lenti