Deputatın mandatının ləğv olunması haqda: "Prezident necə məsləhət görübsə, elə də olmalıdır"
“İntizam Komissiyasının nə üçün toplandığı mənə məlum deyil. İnternetdə yazılanlara görə Ağacan Əbiyev bəyanat verib ki, İntizam Komissiyası sentyabrın 5-dən sonra yığışacaq. Hələlik mənə heç kim bu barədə məlumat verməyib. Bəlkə də bu, kiminsə fantaziyasıdır. Ona görə heç nə deyə bilmərəm”.
Deputat mandatından məhrum olunacağı ilə bağlı məsələyə gəlincə, A.Şahverdiyev deyib:
““Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun müzakirə olunaraq qəbul edilib. Prezident İlham Əliyev sərəncamı ilə onu təsdiq edib. Prezidentin sərəncamı müzakirə olunmur. Prezident necə məsləhət görübsə, elə də olmalıdır. Sərəncama əsasən nə qərar veriləcəksə, ona tabe olmağa hazıram. Mən sözümü İntizam Komissiyasının iclasına çağırılsam, orada deyəcəyəm”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Astan-Şahverdiyev