Azərbaycanda 30 minədək uşaq nikahdankənar doğulub

Azərbaycanda 30 minədək uşaq nikahdankənar doğulub
  03 Avqust 2017    Oxunub:3181
Azərbaycanda ötən il 6 146 boşanma halı övladı olmayanların payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il boşananlardan 3 399-nun bir, 3 569-nun isə iki və daha çox övladı olub.

Boşanma nəticəsində valideynlərindən biri ilə qalan uşaqların sayı 11 295 olub.

Hər 100 boşanmaya düşən uşaqların sayı 162 olub. Ötən il ümumillikdə 13 114 boşanma qeydə alınıb.

Ötən il dünyaya gələn 26 288 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulub.

Qeyd edək ki, ötən il 18 yaşadək 312 qadın, 3 kişi nikaha daxil olub.




Teqlər: Uşaq   Nikahdankənar   Statistika  





Xəbər lenti