Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən
AzVision.az-a verilən məlumata görə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifbəyli Sahib Asif oğlu ilə qısamüddətli görüşə gəlmiş Yevlax rayon sakinləri, atası Cumayev Asif Yusif oğlu, anası Cumayeva Ceyran Abduləli qızı və bacısı Qurbanova Nailə Asif qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman, sovqatda olan siqaret qutularının içərisində gizlədilmiş 23.960 qram narkotik maddə - marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilib.
AzVision.az