Ermənistanda inqilab olacaq - Xalqa çağırış edildi

Ermənistanda inqilab olacaq - Xalqa çağırış edildi
  04 İyul 2017    Oxunub:3302
"Əminəm ki, 2018-ci ildə Serj Sarkisyan Ermənistanın baş naziri olacaq"
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri "Yelk" ittifaqından deputat seçilən Sasun Mikayelyan səsləndirib.

Müxalif deputat hesab edir ki, Ermənistanda məxməri inqilab olacaq, bunun üçün xalq səfərbər olmalıdır.

"2018-ci ildə Sarkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra, o, baş nazir vəzifəsində olacaq. Buna əminəm. Bu səbəbdən ölkədə inqilab olacaq, lakin bunun üçün əsaslar yaradılmalıdır".

Erməni deputat vurğulayıb ki, müxalifət yaranmış vəziyyətdən çıxmaq üçün xalqla birgə addım atmalıdır. Yalnız xalqın dəstəyi ilə Sarkisyanı devirmək olar.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   İnqilab  





Xəbər lenti