Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
  29 İyun 2017    Oxunub:1203
Yanvar-may ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,1 faiz artaraq 3023,5 milyon manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2213,2 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 73,2 faizini təşkil edib.

Cari ilin yanvar-may ayları ərzində hər bir ölkə sakini orta hesabla 311,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 23,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

AzVision.az


Teqlər: Statistika   Komitə  





Xəbər lenti