Bakıda həbs edilən erməni hökmdən şikayət verib

Bakıda həbs edilən erməni hökmdən şikayət verib
  23 İyun 2017    Oxunub:1398
Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, ilkin baxış iclası iyunun 23-nə təyin edilib. İclas Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qaaımovun sədrliyi ilə keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

AzVision.az


Teqlər: Bakı   Məhkəmə   Erməni  





Xəbər lenti