Şəhidimizin qisası alındı - 3 erməni əsgər məhv edildi - (VİDEO)

22:28   16 İyun 2017    Oxunub: 33676

Ermənistan ordusu təmas xəttində ağır itkiyə məruz qalıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 18:00-da işğal altında olan Qarabağda təxribat törətməyə cəhd edən 3 erməni hərbçi məhv edilib.

Öldürülən əsgərlər 1997-ci il təvəllüdlü Arayik Rudik Mardinyan, 1997-ci il təvəllüdlü Vigen Jirayr Petrosyan və 1997-cü il təvəllüdlü Vardan Tsovak Sarkisyandır.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən hərbi qulluqçumuz Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.



Şahin Qocayev
AzVision.az

Teqlər: Qarabağ   Cəbhə   Təxribat    




Rubrikanın digər yazıları