Saatlıda uşaq kanala düşüb

Saatlıda uşaq kanala düşüb
  03 İyun 2017    Oxunub:1730
Saatlı rayonunda uşaq su kanalına düşüb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində 1 azyaşlının suya düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunub. Axtarışlar davam etdirilir.

AzVision.az


Teqlər: FHN   Saatlı  





Xəbər lenti