MDB-nin müdafiə nazirləri toplaşdı - Fotolar

MDB-nin müdafiə nazirləri toplaşdı - Fotolar
  26 May 2017    Oxunub:1951
Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda MDB ölkələrinin müdafiə nazirləri növbəti il üçün birgə tədbirlər planını təsdiq edib. Həmçinin nazirlər Şurası MDB hava hücumundan müdafiə sisteminin maliyyələşdirilməsi layihəsini təsdiqləyib.



Nümayəndə heyətlərinin başçıları səhra təlimi məsələləri üzrə əlaqələndirmə komitəsinin yaradılması barədə Rusiya Müdafiə Nazirliyinin təklifini dəstəkləyib, MDB ölkələrinin Silahlı Qüvvələrinin birgə hazırlanması məsələlərində daha sıx əməkdaşlığı qəbul ediblər.



MDB dövlətlərinin müdafiə nazirləri hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini nəzərə alaraq, beynəlxalq terrorizm, xüsusilə antiterror əməliyyatlarları ilə bağlı birgə tədbirlərin keçirilməsi sisteminin yaradılmasına xüsusi diqqət yetiriblər.



İclasda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edib.
Qeyd olunub ki, Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: MDB   Azərbaycan  





Xəbər lenti