Cocuq Mərcanlıda top mərmiləri tapılıb

Cocuq Mərcanlıda top mərmiləri tapılıb
  28 Aprel 2017    Oxunub:909
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 238 ədəd qəlpə, 2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) aşkar edərək zərərsizləşdirmək üçün götürüb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 47 052 kv.m ərazi (2 575 kv.m əllə, 13 300 kv.m mexaniki üsulla, 31 177 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti