Mosulun azad edilməsi əməliyyatı dayandırıldı

Mosulun azad edilməsi əməliyyatı dayandırıldı
  25 Mart 2017    Oxunub:3826
Hökumət qüvvələri İraqın Mosul şəhərinin azad edilməsi üzrə əməliyyatı dayandırmaq barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə federal polis nümayəndəsi məlumat verib. Qeyd olunub ki, buna səbəb dinc əhali arasında qurbanların sayının yüksək olmasıdır.

“Mülki əhali arasında ölənlərin çox olması planlarımıza yenidən baxmağa vadar etdi. Hazırda mövcud vəziyyətə uyğun olaraq yeni hücum taktikası üzərində planlar işlənilir”-deyə bildirilib.

AzVision.az



Teqlər: Mosul   İraq  





Xəbər lenti