Qızı intihar edən ata özünü öldürdü

23:25   20 Mart 2017    Oxunub: 3996

Bərdə rayonunda qızının ölümündə özünü günahkar bilən ata intihar edib.

AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mehtili kəndində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Həsən İbrahimov özünü yaşadığı evin həyətində asaraq öldürüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, martın 18-i H.İbrahimovun qızı 1994-cü il təvəllüdlü Bahar Həsən qızı İbrahimova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. H.İbrahimov qızının ölümündə özünü günahkar bilib, hadisənin də bu səbəbdən baş verdiyi ehtimal edilir.

AzVision.az

Teqlər: Bərdə   İntihar   Ölüm  


Rubrikanın digər yazıları