Saakaşvili fövqəladə vəziyyət elan etdi

Saakaşvili fövqəladə vəziyyət elan etdi
  13 Oktyabr 2016    Oxunub:1770
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vilayətdə fövqəladə vəziyyət rejimi tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə M.Saakaşvili özünün “Feysbuk” səhifəsində yazıb. O, qeyd edib ki buna səbəb vilayətdə güclü küləyin əsməsidir.

“Odessa vilayətində təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edilib. Güclü külək 3 nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. Hazırda 100-dən çox yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib”, - M.Saakaşvili yazıb.

O qeyd edib ki, vilayət administrasiyasında fövqəladə vəziyyətlə əlaqədar operativ qərargah işə başlayıb: “Təbii fəlakətlə əlaqədar məktəblərdə dərsləri ləğv etməyi, fövqəladə vəziyyət üzrə xidmətlər istisna olmaqla, dövlət müəssisələrində işlərin məhdudlaşdırılmasını tövsiyə edirik. Külək zəifləməyənədək sakinləri evdən çıxmamağa çağırırıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti