Putin Türkiyənin vurduğu pilotun adını əbədiləşdirir

Putin Türkiyənin vurduğu pilotun adını əbədiləşdirir
  13 Fevral 2016    Oxunub:3450
Lipetsk aviamərkəzində `Su-24` tipli bombardmançı təyyarələrindən birinə Suriyada həlak olan pilot Oleq Peşkovun adı veriləcək.
Bu barədə AzVision.az `İnterfaks`-a istinadən xəbər verir.

“Biz inam və şərəflə öz vəzifəsini yerinə yetirən gözəl pilotu itirdik. `Su-24` tipli təyyarələrdən birinin bu şərəfli pilotun adının daşıması ilə bağlı qərar verilib. Təyyarə Oleq Peşkovun hərbi xidmətə yollandığı Lipetsk şəhərində dislokasiya olacaq”, - deyə Rusiya Hava-Kosmik Qüvvələrinin rəhbəri Viktor Bondarev bildirib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən ilin noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri (Oleq Peşkov) ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib. Hətta Rusiya birtərəfli qaydada Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Bu insidentdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Putinlə dəfələrlə görüşməyə dair təşəbbüs göstərsə də, Rusiya lideri hər dəfə bundan imtina edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti