Bu günün havası: 27 dərəcə isti olacaq

Bu günün havası: 27 dərəcə isti olacaq
  28 Aprel 2015    Oxunub:1077
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarınd aprelin 28-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 27, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti