İki gündə 19 qəza: 8 ölü, 18 yaralı

İki gündə 19 qəza: 8 ölü, 18 yaralı
  21 Aprel 2015    Oxunub:1398
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ölkə ərazisində şənbə və bazar günləri 19 yol qəzası baş verib.
Nəticədə 8 nəfər dünyasın dəyişib, 18 nəfər isə xəsarət alıb. Yol qəzalarının əksəriyyətini piyadaların vurulması faktları təşkil edir. Bu iki gün ərzində 5 piyadanın vurulması qeydə alınıb. Ən çox qəza bazar gününə təsadüf edib.

Hadisələrin əksəriyyətinin respublikanın bölgələrində, rayonlar arası yollarda qeydə alındığı bildirilir. Onlardan 2-si paytaxtda baş verib. Qəzaların baş vermə səbəbi demək olar ki dəyişməzdir. Həmişə olduğu kimi yenə də sürət həddinin aşılması, piyada diqqətsizliyi, ötmə əməliyyatının düzgün aparılmaması və maneəyə vurma qəzalara yol açıb.

Yenə də sürücü məsuliyyətsizliyi və piyada diqqətsizliyi ağır nəticələrə səbəb olub. Piyadalara diqqətli olmalırı, yol keçmə qaydalarına əməl etmələri tövsiyyə edilir.

Keçən ilin müvafiq ayı ilə muqayisədə bu ay qəzaların sayında azalma müşahidə olunur.


Teqlər:





Xəbər lenti