Siyavuş Novruzov Zaur Hüseynovun müdafiəsinə qalxdı
Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu barədə AzVision.az-a münasibət bildirib. Millət vəkili qeyd edib ki, metroda heç bir təhlükə yoxdur:
“Bakı Metropolitenində müxtəlif yeniliklər həyata keçirilir. Həm vaqonlar, həm də reislər yenilənir. Həmçinin metropolitenin içərisindəki infrasturuktur yenilənir və müasir standartlara uyğunlaşdırılır. Bununla əlaqədar olaraq hansısa xırda problemlər üzə çıxır. Amma ümumilikdə Bakı Metropilitenində heç bir təhlükə və qorxu yoxdur”.
Qeyd edək ki, ötən gün də metronun "Nizami" - "Elmlər Akademiyası" stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib. Sərnişinlər düşürülüb və qatar depoya göndərilib. Buna görə də interval pozulub və digər qatarlarda da gecikmə yaranıb. Sərnişinlər yaranmış vəziyyətlə əlaqədar olaraq narahatlıq hissləri keçiriblər. Buna oxşar hadisələr Bakı Metropolitenində tez-tez təkrarlanır.
Hafiz Əhmədov