Ziya Məmmədovun qardaşı: “İcra başçısı bacımız oğlu deyil...”

Ziya Məmmədovun qardaşı: “İcra başçısı bacımız oğlu deyil...”
  29 Yanvar 2015    Oxunub:22702
“Ucarın yeni icra baçısı Mənsur Həmzə oğlu Məmmədov bizim bacımız oğlu deyil”.
Bunu AzVision.az-a açıqlamasında, Milli Məclisin deputatı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov deyib.

E. Məmmədov Mənsur Məmmədovla qohum olmadığını qeyd edib:

“Ölkə prezidentinin sərəncamı müzakirə olunmur. Kimi hara təyin edib-etməməyi məsələsini cənab prezidentin özü bilir. Elton və Ziya Məmmədovun bacısı oğlu ola bilməz?! Amma elə adda şəxs bizim bacımız oğlu deyil. Məmmədov soyadı Azərbaycanda çoxdur. İnsanlar bir-biri ilə qohum, qardaş da ola bilərlər. Burada qəbahət nə var ki? Bu da Allahın verdiyi gözəl bir nemətdir. Qohumu Allah-təala verir. Bu seçilmir. Dost,rəfiqə isə vətəndaş tərəfindən seçiləndir. Onu da insan öz səviyyəsinə uyğun seçməlidir. Bu insanın fərdi yanaşmasıdır”.

Qeyd edək ki, Ucar rayonunun icra başçısı Mənsur Həmzə oğlu Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğlu olduğu bildirilir. Bu barədə mətbuatda dəfələrlə məlumat verilib. Həmçinin M.Məmmədovun vikipediyada yerləşdirilən tərcümeyi-halında da onun Ziya Məmmədovun və Elton Məmmədovun bacısı oğlu olduğu qeyd edilib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti